[:az]İkram Rəhimov: Quru aclığı ölənədək dava etdirəcəyəm[:]

tərəfindən Gozetci

[:az]Həbsdə olan “realliq.info” saytının redaktoru İkram Rəhimov səkkizinci gündür quru aclığı davam etdirir. Onun səhhətində ciddi problemlər yarandığı bildirilir.

Jurnalist təkrar məhkəmə istintaqı olmadan onun apellyasiya şikayətinə baxılmasına etiraz olaraq avqustun 7-də aclıq elan edib.

Rəhimovun ailəsi “Amerikanın Səsi”nə bildirib ki, Rəhimov avqustun 14-də saxlanıldığı 1 saylı İstintaq Təcridxanasından ailəsinə zəng edib. “Onun səsi çox zəif və xırıltılı idi. Səhhətində ciddi problemlərin olduğunu və təcridxananın tibbi-sanitar hissəsinə köçürüldüyünü dedi. Bildirdi ki, mediaya çatdıraq ki, o quru aclığı ölənədək davam etdirəcək”. “Bəlkə də sabaha sağ çıxmadım”, deyə ailə üzvlərindən biri jurnalistə istinadən “Amerikanın Səsi”nə bildirib.

Jurnalistin ailə üzvləri ombudsmanı, hüquq-müdafiə təşkilatlarını, Qırmızı Xaç Komitəsini İkram Rəhimovun taleyi ilə maraqlanmağa çağırıb.

Penitensiar Xidmət hələ jurnalistin aclıq etməsi ilə bağlı xəbərlərə münasibət bildirməyib.

İkram Rəhimov 2018-ci il oktyabrın 26-da hədələmə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. O, həbsindən əvvəl Azərbaycan pezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Məhkəmədə bunu bir daha bəyan edib.

İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində İkram Rəhimovun işi üzrə ilkin iclas olub. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı və birinci instansiya məhkəməsində şahidlərin və zərəçəkənlərin ifadələri saxtalaşdırıldığına görə onların yenidən dindirilməsi barədə vəsatət qaldırıb.

Həmçinin vəkil xahiş edib ki, eyni səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizası təyin edilsin. Lakin vəsatətlər təmin edilməyib. Növbəti iclas avqustun 21-nə təyin edilib.

İkram Rəhimov etiraz olaraq məhkəmə zalında aclığa başladığını bildirib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az