[:az]Müsavat fəalı Azad Həsənovun məhkəmə prosesi keçirilib[:]

tərəfindən Gozetci

[:az]Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyası fəalı Azad Həsənovun məhkəmə prosesi keçirilib. Vəkil Osman Kazımovun qaldırdığı vəsatətlər təmin edilməyib.  Bu barədə Osman Kazımov Gözətçiyə açıqlamasında bildirib:

“Qısa çəkən məhkəmə prosesində, məhkəmə heyyəti bir vəsatətin müzakirəsində iki ciddi səhvə yol verdi. Vəsatət müzakirə olunanda mən fikir bildirə bilərəm. Amma nə mənim fikrim, nə də Azad Həsənovun fikri vəsatətin müzakirəsi zamanı öyrənilmədi. Müdafiə hüququ pozuldu.  Eyni zamanda məhkəmə vəsatətin təmin olunmaması ilə bağlı qərarda iki məsələ göstərdi. Göstərdi ki vəsatət təmin olunmasın. Amma bu vəsatətə hökmdə baxacaq. Təmin olunmayan vəsatətə qərar verdilər ki, müşavirəyə çıxarkən baxacaqlar qiymət verəcəklər. Məhkəmə öz qərarının da icrasına zidd bir qərar qəbul etdi, fikir söylədi”

Müsavat Partiyasının başqanı Arif Hacılı isə Azad Həsənovun aclıq aksiyasını dayandırması isə bağlı ona müraciət etdiklərini deyib:

“Artıq 8-ci gündür ki, Azad Həsənov aclıq aksiyasını davam etdirir. Bu gün ona müraciət etdik və Müsavat Partiyasının qərarını da çatdırdıq ki, o aclıq aksiyasını dayandırsın. Bizə verdiyi ilkin cavab isə bu oldu ki, aclıq aksiyasını sona qədər davam etdirmək niyyətindədir”

Qeyd edək ki, Azad Həsənov 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədi ilə 2018-ci ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb. Müdafiə tərəfinin bildirdiyinə görə, o, oktyabrın 11-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4-cü (külli miqdarda qanunsuz narkotik vasitələrin dövriyyəsi) maddəsi ilə cinayət işi qaldırılıb. Azad Həsənov artıq 8 –ci gündür ki, tələbləri yerinə yetirilmədiyinə görə aclıq aksiyası keçirir

 [:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az