[:az]Vəkil: ‘Azad Həsənov aksiyanı davam etdirdiyini bildirir’[:]

tərəfindən Gozetci

[:az]Hazırda həbsdə olan Müsavat Partiyasının üzvü Azad Həsənovun saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq aksiyasını davam etdirdiyini söylədiyi bildirilir.

Bu barədə bu gün, iyulun 25-də Azad Həsənovla görüşən vəkil Osman Kazımov məlumat verib.

Verilən məlumata görə, Azad Həsənov aclıq aksiyasını ona qarşı açılmış cinayət işi üzrə məhkəmə prosesinin onun fikrincə süni uzadılmasına etiraz olaraq elan edib.

Azad Həsənovun, yoxsa onu tutan polislərin doğru danışdığını aydınlaşdırmaqdan ötrü məhkəmə xeyli vaxtdır Bakı Şəhər Baş Polis İdarəsinə sorğu göndərib.

Son məhkəmə proseslərində bildirilir ki, sorğuya cavab gəlməyib və beləcə, proses təxirə salınır:

İyulun 22-də də hakim İradə Həsənzadə deyib ki, polis idarəsindən, hələ də cavab ala bilməyiblər.

Elə həmin iclasda da Azad Həsənov aclıq aksiyasına başlayacağnı elan edib.

Vəkil O. Kazımovun sözlərinə görə, iyulun 25-də gerçəkləşən görüşdə Azad Həsənovu halsız görüb və o, baş gicəllənməsindən şikayət edib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə “Turan” Agentliyinə Azad Həsənovun aclıq aksiyası keçirməsi barədə məlumatı təkzib edib. “Hal-hazırda məhbuslardan heç kəs aclıq aksiyasını keçirmir”, deyə o vurğulayıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az