[:az]Hesabat: Bu il azı 20 hərbçi ölüb[:]

tərəfindən Gozetci

[:az]

Cəsur Sümərinli Mənbə: meydan.tv

”Onların 18 nəfəri Müdafiə Nazirliyinin, digər 2 nəfər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları idi”

“2019-cu ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 20 hərbi qulluqçu ölüb. Onların 5 nəfəri döyüş, 15 nəfəri isə qeyri-döyüş itkisidir”.

Məlumatı “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu yayıb.

Bildirilib ki, Silahlı Qüvvələrin 5 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa, 1 hərbçinin xəstəlik nəticəsində, 2 nəfərin isə bədbəxt hadisədən (donvurmadan) öldüyü qeyd olunur. 4 hərbçi naməlum hadisə səbəbindən, 2 hərbçi avto-qəzadan, 4 nəfərsə mina-mərmi partlayışından həlak olub. 1 hərbçi intihar edib, bir nəfər isə sərhəd pozucuları ilə atışmada həlak olub. Ölənlərin 13-ü əsgər, 3 nəfəri gizir, 2-i kiçik çavuş, 1 nəfəri zabit, 1-i müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu olub.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu qeyd edib ki, onların 18 nəfəri Müdafiə Nazirliyinin, digər 2 nəfər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları idi. Müdafiə Nazirliyi ona aid olan 18 ölüm hadisəsinin 10-u barədə hər hansı açıqlama verməyib. DSX isə iki hadisədən yalnız birinə aydınlıq gətirib. Məlumatda cari ildə ümumilikdə 12 hərbi qulluqçunun yaralandığı, yaxud xəsarət aldığı bildirilib:

“8 nəfər mərmi partlayışından, 2 nəfər erməni gülləsindən, 1 nəfər sərhəd pozucuları ilə atışmada, 1 nəfərsə naməlum səbəbdən xəsarət alıb. Ötən dövrdə – 28 iyunda Azərbaycan və Ermənistan tərəfi Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərəyə bir vətəndaşı geri qaytarıblar. Əldə edilmiş razılığa əsasən, 16 mart 2019-cu il tarixdə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu və 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç 28 iyun 2019-cu il tarixdə müvafiq olaraq tərəflərə təhvil veriliblər”.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə itkilərin sayının artdığını bildirib.

Onun sözlərinə görə, ordu mövzusu Azərbaycan cəmiyyəti üçün tamamilə qapalı olmaqda davam edir:

“Yalnız müəyyən şəxslər – jurnalistlər hərbi hissələrə buraxılır, onlara müsahibələr verilir. Ümumi siyasət ondan ibarətdir ki, Təhlükəsizlik və Müdafiə sektorunda baş verən neqativ hadisələr gizlədilsin. “Açıq qapı” günləri və ya “Etimad telefon”ları ilə Silahlı Qüvvələrdə mənəvi-psixoloji durumu yaxşılaşdırmaq mümkün olmayacaq. “Ciddi islahatlar, hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi və ən əsası orduda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin kəskin olaraq aparılması vacibdir”.

2018-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 37 hərbi qulluqçu ölmüşdü. Onlardan 6 nəfəri döyüş, 31 nəfəri isə qeyri döyüş itkisidir. Ötən dövrdə ümumilikdə 21 hərbi qulluqçu yaralanmışdı.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az