[:az]Akif Qurbanov ittihamlara cavab verdi[:]

tərəfindən Gozetci

[:az]QHT rəhbəri canlı yayım vasitəsilə barəsində yazılanlara aydınlıq gətirdi

Aprelin 19-da hökumətyönlü “azvision.az” saytı və ona istinadən bir neçə media orqanı Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov haqqında ittiham dolu yazı tirajlayıb.

“Akif Qurbanovun əldə etdiyi mülklər” başlıqlı yazıda QHT rəhbərinin əldə etdiyi qrantlar vasitəsilə özünə mülklər aldığı, ona maliyyə dəstəyi verən beynəlxalq qurumları aldatdığı qeyd olunub. Yazıda Akif Qurbanovdan münasibət öyrənilməyib.

QHT rəhbəri isə haqqında deyilənlərə aydınlıq gətirib. O, “Facebook” hesabında canlı yayıma çıxaraq ittihamların əsassız olduğunu, yazının siyasi sifariş əsasında hazırlandığını bildirib. Akif Qurbanov bildirib ki, yazıda adı keçən mənzili 25 illik ipoteka şərtləri əsasında alıb. İctimai fəal həmçinin ailəsinə məxsus bütün əmlakının sənədlərini və necə əldə edildiyini sənədlərlə sübuta yetirib.

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az