[:az]Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraaqəddin Cabbarovun AXCP Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəylinin qızının toyuna mane olduğu bildirilir. Belə ki, Şamil Hacıbəyli Saatlıdakı şadlıq saraylarından birində qızına toy etmək istəyib. Restoran rəhbərliyi ilə də razılaşıb. Bundan xəbər tutan rayon icra hakimiyyəti başçısı Siraqəddin Cabbarovun görtərişi ilə restoran rəhbərliyinə hədə-qorxu gəlinərək, Şamil Hacıbəylinin qızının toyunun o restoranda keçiriləcəyi təqdirdə oranın onun əlindən alınacağı ilə təhdid edildiyi bildirilir. Bundan sonra Şamil Hacıbəyli qərar verib ki, toyu öz həyətində etsin. Şamil Hacıbəylinin qızı ilə evlənən keçmiş siyasi məhbus Ruslan Nəsirlinin atasının icra hakimiyətinə çağırıldığı və orada hədələndiyi haqqında da sosial şəbəkələrdə məlumatlar yayılır. İddialara görə onu rayondakı dəmirçi sexini sökəcəkləri ilə təhdid edərək ondan Şamil Hacıbəylinin qızı ilə oğlunun nikahını pozdurması tələb edilib.[:]
90
əvvəlki yazı