”Hakimiyyət ölkədə insan hüquqlarının vəziyyətini müşahidə etməyə imkan yaratmalıdır”

tərəfindən Gozetci

[:az]Amnesty International: Qorxu və təzyiq ab- havasını dəyişmək üçün daha çox səy göstərilməsinə ehtiyac var

Azərbaycanda ədalətsiz həbsdə olan fəalların azad edilməsi düzgün istiqamətdə bir addımdır.

“Turan” Agentliyinin məlumatına görə, bu barədə “Amnesty International” hüquq-müdafiə təşkilatının bəyanatında deyilir.

Bununla belə təşkilat qeyd edib ki, Azərbaycanda qorxu və təzyiq ab- havasını dəyişmək üçün daha çox səy göstərilməsinə ehtiyac var.

Təşkilat Novruz bayramı münasibətilə 399 məhbusun əfv edilməsinə toxunaraq, ölkədə tənqidi səslərə görə uzun müddət həbs olunmuş gənc NİDA-çı fəalların, eləcə də Nardaran hadisələrinə görə həbs olunmuş Fuad Qəhrəmanlının azad olunmasını xatırladıb.

“Amnesty International” yerli hüquq- müdafiə təşkilatlarına istinad edərək hələ də 74 siyasi fəalın, jurnalistlərin və müxalif fəalların ədalətsiz olaraq həbsdə olduğunu qeyd edib.

“Azərbaycan hələ də vətəndaş cəmiyyəti üçün demək olar ki, qeyri-mümkün olan repressiv qanunvericiliyi saxlayır, QHT-lərin qeydiyyata alınması və maliyyələşdirilməsi ilə bağlı tələbləri, bu qrupların ölkədən çıxışına hələ də qadağan olan proseslərin davam etdiyini göstərir.

Azərbaycan hakimiyyəti “Amnesty International” da daxil olmaqla beynəlxalq təşkilatlara ölkədə insan hüquqlarının vəziyyətini müşahidə etməyə imkan yaratmalıdır. Azərbaycanın beynəlxalq tərəfdaşları, o cümlədən Avropa İttifaqı ölkədə qorxu və repressiya şəraitinin aradan qaldırılmasından ötrü hakimiyyətin insan hüquqları sahəsində geniş islahatlar aparması üçün Bakıya təzyiq göstərməlidir”.

 

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az