Müsavat aprelin 7-nə mitinq təyin etdi

tərəfindən Gozetci

[:az]Müsavat Partiyasının Divanı aprelin 7-də kütləvi tədbir keçirilməsi ilə bağlı qərar qəbul edib. Aksiyanın “Siyasi məhbuslara azadlıq!”, “Sərbəst toplaşma azadlığı təmin edilsin!”, “Azad seçki və siyasi rəqabət üçün şərait yaradılsın!” və digər şüarlar altında keçirilməsi nəzərdə tutulur.

Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, bu gün bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət təqdim olunub.

Müraciətdə aksiya ilə bağlı 3 marşrut göstərilib:

1. Metronun “Azadlıq” stansiyasından “Dərnəgül” stansiyasınadək S.S.Axundov küçəsi ilə yürüş və burada mitinq.

2. Metronun “20 Yanvar” stansiyasından “Məhsul” stadionunadək yürüş və burada mitinq.

3. Metronun “Gənclik” stansiyasının çıxışı – T.Bəhrəmov adına stadionun qarşısındakı meydanda mitinq.

 

Bastainfo.com[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az