[:az]Ruslan Nəsirliyə qarşı təhdidlər davam edir[:]

tərəfindən Gozetci

[:az]Yeni azadlığa çıxmış, keçmiş siyasi məhbus Ruslan Nəsirli DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılıb. Ruslan Nəsirli 27 Fevral Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il müddətinə şərti cəzaya məhkum edilib.

Ruslan Nəsirli təhdid olunduğu barədə sosial şəbəkədə yazmışdır:

“Mənə zəng edib, israrla görüşmək istəyirlər. Şüurlu həyatım boyu heç bir qanunsuz addım atmamışam. Bütün ictimaiyyətə müraciət edərək deyirəm ki, bu məsələni diqqətə alın!”

Ruslan Nəsirli bildiriş təqdim edilməyənə qədər Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə getməyəcəyini deyib.

Fevralın 27-də Saleh Rüstəmli 7 il 3 ay, Aqil Məhərrəmli 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrum edilib.

S.Rüstəmlinin qardaşı oğlu Vidadı Rüstəmli və Ruslan Nəsirli hər biri 6,8 il olmaqla, Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkumetmə) tətbiq edilməklə 3 il sınaq müddəti şərtilə azadlığa buraxılıblar.

İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələrilə təqsirli bilinirlər.

Lakin S.Rüstəmov da, cəbhəçilər də ittihamı rədd edir. AXCP üzvləri də həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirib, bununla əlaqədar prokurorluğa, məhkəməyə şikayətlər göndəriblər. Yerli məhkəmələr şikayətləri təmin etmədiyindən onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az