2018-ci ildə korrupsiyaya görə ən çox daxili işlər orqanlarından şikayət edilib

tərəfindən Gozetci

Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin qaynar xəttinə il ərzində 8 mindən çox müraciət daxil olub

Korrupsiya faktlarına görə 2018-ci ildə əhalinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 – Qaynar xətti”nə ən çox şikayət etdiyi dövlət strukturu daxili işlər orqanları olub.

İl ərzində bu müraciətlərin sayı 757 olub.

“Report” saytının məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Baş İdarə tərəfindən vətəndaşların 8058 müraciətinə, o cümlədən, 4204 ərizə, şikayətinə baxılıb. Eyni zamanda, Baş İdarədə fəaliyyət göstərən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olan 3854 müraciətə baxılıb. Həmin müraciətlərdən 3442-si ilkin, 412-si isə təkrar olub.

Dərc olunan siyahıda, daxili işlər orqanından başqa ilk üçlüyə səhiyyə sahəsi (484 müraciət) və sosial müdafiə sahəsi (429 daxildir).

 

MEYDAN TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az