[:az]Mehman evə zəng edib[:]

tərəfindən Gozetci

[:az]“Mehman martın 2-dək – cəza müddəti bitənədək aclıq etmək niyyətindədir”

“Onu ziyarət edən hakimiyyətyönümlü QHT nümayəndələri vasitəsilə məlumatlar yayılır ki, guya Mehman süd, duru yeməklər qəbul edir. Ancaq əslində Mehman süd məhsulları qəbul edir. Əgər insan gün ərzində sutkalıq normadan az kolori qəbul edərsə bu, aclıq sayılır, çünki orqanizmə ziyan dəyir. Oleq Sentsov da qida qatışıqlarından istifadə edərək uzun müddət aclıq etdi. Mehman martın 2-dək – cəza müddəti bitənədək aclıq etmək niyyətindədir”, – Emin Hüseynov bildirib.

Aİ missiyası nümayəndələrinin və Aİ ölkələri səfirlərinin M.Hüseynova baş çəkməsinə gəlincə, E.Hüseynov təəssüflə qeyd edib ki, hakimiyyət bundan öz məqsədləri üçün istifadə etdi.

“Hakimiyyət müxtəlif nümayəndələri, o cümlədən Aİ nümayəndə heyətini Mehmanın yanına buraxmaqla belə fikir formalaşdırmaq istəyir ki, Mehmanda hər şey qaydasındadır, cəmiyyətdəki gərginliyi dağıtmaq, növbəti cümə axşamı Avropa Parlamentində Mehmanın ətrafında yaranmış vəziyyətə baxılması, ümumiyyətlə, Qərb tərəfindən rejimə qarşı sanksiyaların aktuallaşması ərəfəsində beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir. Mən başa düşürəm ki, Aİ nümayəndələri Mehmana xoş niyyətlə baş çəkiblər. Ancaq Mehmanla onların fotosunun hökumətyönlü KİV-ə düşməsinə və bundan hökumətin təbliği məqsədilə istifadə olunmasına imkan veriblər. Məndə belə fikir yaranır ki, Mehmanın onlarla və digər nümayəndələrlə görüşü konfidensial olmayıb. Aİ nümayəndələrinin yekunlar barədə bizim ailəyə bilgi verməməsi və mətbuat üçün bəyanatla çıxış etməməsi təəssüf doğurur”.

“Aİ ölkələrindən yalnız Fransa prinsirial…”

Emin Hüseynovun sözlərinə görə, Aİ ölkələrindən ancaq Fransa Mehmana qarşı yeni işlə bağlı prinsipial mövqe nümayiş etdirib.

“Ümumiyyətlə, Aİ ölkələrindən ancaq Fransa Mehmana qarşı yeni işlə bağlı prinsipial mövqe nümayiş etdirib və onun azadlığa buraxılmasına çağırıb. Aİ xarici əlaqələr üzrə ali nümayəndəsi Federika Mogerini beynəlxalq hüquq-müdafiə təşkilatlarının Mehmanla bağlı aktiv kampaniyası, Avropa Şurası insan hüquqları üzrə komissarın, ATƏT-in media azadlığı üzrə nümayəndəsinin bəyanatları fonunda susmağa üstünlük verir”.

O həmçinin qeyd edib ki, bloger onun hüquqları uğrunda mübarizə aparan hər kəsə təşəkkür etməsini xahiş edib.

“Mehman xahiş etdi ki, gələn həftə vəkillər ona baş çəksinlər. Başqa bir şey xahiş etmədi. Anamız vəfat etdikdən sonra mən həmişə Mehmanla telefonla sərbəst danışmışam. Ancaq bu dəfə bizə imkan vermədilər. O, mənim suallarımı eşitmədi. Bu fakt da özü-özlüyündə qardaşıma güclü təzyiqlərin olmasından xəbər verir”, – Emin Hüseynov vurğulayıb.

Xatırlatma

Mehman Hüseynov həbsdən çıxmasına 2 ay qalmış koloniya əməkdaşını döyməsilə bağlı irəli sürülmüş yeni ittihama etiraz olaraq dekabrın 26-dan aclıq elan edib.

Penitensiar Xidmət bir qayda olaraq məhbusların işgəncə və qeyri-insani davranış alıtnda saxlanılması barədə fikirləri qəbul etmir.

“Bütün məhbuslar qanunvericilik əsasında daxili intizam qaydalarına uyğun saxlanılır”, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov qeyd edir.

 

ABZAS[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az