[:az]ADR Hərəkatı dövlət vəsaitlərindən İlham Əliyevin təbliğatında istifadəyə son qoyulmasını tələb edir[:]

tərəfindən Gozetci

[:az]Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı hesab edir ki, prezidentliyə namizəd İlham Əliyevin maaş artımı ilə bağlı verdiyi sərəncamlar aprelin 11-də keçiriləcək prezident seçkisində təbliğat kampaniyasının tərkib hissəsi olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və beynəlxalq seçki normalarının, ədalətli və bərabər seçim şərtlərinin kobud şəkildə pozulmasıdır. Bu barədə ADR Hərəkatının bəyanatında deyilir.

ADR Hərəkatı seçki kampaniyalarının maliyyəşdirilməsi üzərində şəffaflığın və hesabatlılığın təmin edilməsini, prezident seçkisi ərəfəsində, eləcə də seçki dövründə dövlət büdcəsi vəsaitlərindən və inzibati (maliyyə) resurslarından bir namizədin xeyrinə təbliğat üçün istifadəyə son qoyulmasını tələb edir.

Sənəddə deyilir ki, prezidentliyə namizədliyi qeydə alınan hazırkı prezident İlham Əliyev növbədənkənar prezident seçkilərini elan edəndən sonra ötən 1 ay ərzində dövlət büdcəsindən əhalinin müxtəlif təbəqələrinə verilən maaşlar, pensiyalar, təqaüdlər və başqa sosial ödənişlərin 10 faiz artırılması (ümumilikdə, cəmi 400 milyon manat) barədə 20-dən çox sərəncam imzalayıb.

“Bu artım siyasəti təxminən 2 milyon nəfərə yaxın seçicini əhatə edir ki, bu da səsvermə hüququ olanların 40 faizi deməkdir. ADR Hərəkatı əhalinin sosial müdafiəsinin gücləndirilməsini məqsədəuyğun hesab etsə də, bundan prezidentliyə namizədin xeyrinə təbliğat vasitəsi kimi istifadə olunmasını yolverilməz sayır”.

ADR hesab edir ki, büdcədən maliyyələşənlərin aylıq məvaciblərinin, pensiyaçıların təqaüdlərinin, sosial müavinətlərin aşağı olduğu Azərbaycanda əmək haqqı və pensiyların artımı əhaliyə sosial qayğı paketinin tərkib hissəsi kimi planlı və davamlı aparılmalıdır.

İlham Əliyevin seçki qərargahı hələ ADR Hərəkatının bəyanatına münasibət bildirməyib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az