[:az]Həkim Elxan Heydərov niyə həbs olunub?[:]

tərəfindən Gozetci

[:az]Martın 10-da Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının həkim-cərrahı Elxan Heydərov həbs olunub. Onun işdən çıxıb evə gedərkən saxlanıldığı deyilir. İlkin məlumata görə, həkim polisə müqavimətdə təqsirləndirilərək inzibati həbs cəzası alıb. Məsələ sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Onun xəstəxanada keçirilən toplantıda həkimlərdən Novruz şənliyi üçün pul yığılmasına etiraz etdiyi, işdən çıxıb gedərkən isə saxlanıldığı bildirilir. DİN-in mətbuat xidməti məsələyə münasobət açıqlamır.

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıxov isə Meydan TV-yə deyib ki, Elxan Heydərovun həbsinin motivi haqda saytlarda yayılan məlumatlar yalandır:

“Hətta bu məlumatlar xəstəxana üçün təhqirdir. Çünki heç bir toplantı keçirilməyib və xəstəxanada bayramla əlaqədar pul yığılması məsələsi böhtandır. Belə şeyləri yazmaq ayıbdır”.

Rauf Sadıxov deyib ki, Elxan Heydərov 15 sutka inzibati cəza alıb, amma onun hansı maddə ilə saxlanıldığı məlum deyil: “Bizim özümüz də məlumatsızıq. Ailəsindən də dəqiq məlumat ala bilməmişik. İkinci, Elxan Heydərovun işində heç bir qüsur olmayıb, çox savadlı həkimdir, müharibə veteranıdır və 57 yaşı var. Bu yaşda nə edə bilər ki?! Özümüz də bilmirik”.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az