[:az]Prokurorluq Əvəz Zeynallıya xəbərdarlıq etdi[:]

tərəfindən Gozetci

[:az]Bu gün, yanvarın 26-sı Baş Prokurorluqda Xural qəzetinin baş redkatoru Əvəz Zeynallıya xəbərdarlıq edilib.

Bu haqda Baş Prokurorluun məlumatında bildirilir.

Məlumatda vurğulanır ki, “aparılmış araşdırmalarla “Xural.com” internet saytında “Kütləvi informasiya vasitələri haqqında” qanununun müddəalarının tələbləri pozulmaqla vəzifəli şəxslər və təmsil etdikləri dövlət orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların qəsdən və qərəzli şəkildə yayılması müəyyən edilib”.

Prokurorluq qeyd edir ki, bununla əlaqədar olaraq saytın baş redaktoru Əvəz Zeynallı dəvət edilib. Kütləvi informasiya vasitələrindən sui-istifadənin yolverilməzliyi onun diqqətinə çatdırılıb.

Ə.Zeynallıya xəbərdarlıq edildiyi, gələcəkdə qanunazidd əməllərini davam etdirəcəyi təqdirdə daha ciddi tədbirlər görüləcəyi bildirilib.

Ə.Zeynallının özü isə AzadlıqRadiosuna açıqlamasında prokurorluğa çağırılmasının sırf jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Ə.Zeynallının sözlərinə görə, onu baş prokurorun birinci müavini Rüstəm Usubov qəbul edib, “profilaktik” söhbət aparıb. Jurnalistin sözlərinə görə, dəvət olunmasına səbəb statusları və Turan İA-nin direktoru Mehman Əliyevlə bu günlərdə götürdüyü müsahibə olub.

“Mənə irad tutulan statuslarım yeni il ərəfəsində yazıdqlarımdır. Həmin statuslarda jurnalistlər – Əfqan Sadıqov, Əziz Orucov, Əfqan Muxtarlı və digərləri ilə bağlı məhkəmə qərarlarından bəhs etmişəm, yeni repressive dalğanın yaşandığını qeyd etmişəm. Çağırılmağımın əsas səbəbi məncə elə Mehman Əliyevlə müsahibəm idi. Statusları da onun “gözünə qatdılar”. Mənə bildirildi ki, belə status, müsahibələrlə ictimai rəyi çağıdırıram”, Ə.Zeynallı bildirib.

Jurnalistə yazılı xəbərdarlıq edilib. Ancaq Ə.Zeynallı deyir ki, xəbərdarlığa imza atmaqdan imtina edib.

“Bu, jurnalistin peşə fəaliyyətinə müdaxilədən başqa bir şey deyil. Hesab edirəm ki, jurnalist olaraq nələri etməliyəmsə, elə, o işlərlə məşğulam. Belə təzyiqlər məni fəaliyyətimdən çəkindirə bilməz”, Ə.Zeynallı bildirib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az