[:az]Yalçın İmanov cəza qərarını ala bilmir[:]

tərəfindən Gozetci

[:az]”Məni qanunvericiliyin hansı müddəasını, hansı normanı pozduğum üçün cəzalandırırlar, bilmirəm”

Ötən il noyabrın 20-də vəkillik fəaliyyəti dayandırılan Yalçın İmanov haqqında çıxarılan qərarı ala bilmir.

Bu barədə Yalçın İmanov danışıb.

Onun sözlərinə görə, dəfələrlə Vəkillər Kollegiyasından Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının surətini istəsə də, sənəd ona təqdim edilməyib:

“Noyabrın 30-da müracaiət etmişəm ki, qərarın surətini versinlər, 1 ay sonra protokoldan çıxarış göndəriblər. Sonra yanvarın 10-da müraciət edib iclasın stenoqramını və qərarın surətin istəmişəm. Yəni məni qanunvericiliyin hansı müddəasını, hansı normanı pozduğum üçün cəzalandırırlar, bilmirəm. Protokolda bu barədə heç nə yoxdur. Məhkəmə prosesinin fevral ayında baş tutacağını gözləyirəm. Mən işin ölkə instansiyalarında sürətlə yekunlaşmasını istəyirəm ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edim. Bizim məhkəmələrdə ədalətli qərar çıxarılacağına heç bir inamım yoxdur”.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Yalçın İmanovun vəkillikdən uzaqlaşdırılması üçün məhkəməyə müraciət qərarı qəbul edib. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Rəyasət Heyəti qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında qəbul etdiyini bəyan edib.

Penitensiar Xidmətin şikayətində bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.

Beynəlxalq təşkilatlar Yalçın İmanovun vəkillik fəaliyyətindən uzaqlaşdırılmasını pisləyib.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az