Ailəsi Ülvi Həsənlinin müalicə müəssisəsinə köçülürməsini tələb edir

tərəfindən Gozetci

Ülvi Həsənli

 

İyulun 20-dən həbsdə aclıq aksiyası keçirdiyi bildirilən “Abzas Media” nəşrinin direktoru Ülvi Həsənlinin səhhətinin bir qədər də pisləşdiyi deyilir. Bu barədə jurnalistin ailəsi məlumat yayıb.

Bildirilib ki, saxlanıldığı Umbakı həbsxanasında havalandırma sistemi pis olduğuna görə, o, normal nəfəs almaqda çətinlik çəkir.

Ailəsi habelə qeyd edib ki, müəssisədə lazımi ləvazimatlar olmadığından Ülvi Həsənli doğru-düzgün həkim nəzarətindən keçirilməyib.

Jurnalistin ailəsi əlavə edib ki, onun çəkisi artıq 65 kiloqrama (əvvəllər 74 kq olub) düşüb.

Ailəsi Ülvi Həsənlinin təcili olaraq müalicə müəssisəsinə köçülürməsini tələb edir.

Bundan əvvəl yaxınları onun təcridxanada huşunu da müvəqqəti itirdiyini açıqlamışdılar.

Hələlik, bütün bu deyilənlərə Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Ülvi Həsənli iyulun 20-də müddətsiz aclığa başladığını açıqlayıb. O, bununla bağlı ictimaiyyətə ünvanladığı müraciətində bildirib ki, aksiyaya başlamasına səbəb, vəd edildiyi kimi, Bakı İstintaq Təcridxanasına köçürülməməsidir.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az