“Kanal13″ün rəhbəri Əziz Orucova 2 il həbs cəzası verilib

tərəfindən Gozetci

Əziz Orucov

Fevralın 26-da “Kanal13” internet televiziyasının rəhbəri Əziz Orucov 2 il azadlıqdan məhrum edilib.
Bu barədə qərarı Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədova çıxarıb.
Hökmdən əvvəl çıxış edən dövlət ittihamçısı Əziz Orucovun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
O, torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmaqda təqsirli bilinib. Ancaq jurnalist son sözündə özünü təqsirli bilməyib.
Xatırladaq ki, Əziz Orucov 2023-cü ilin noyabrında jurnalistlərin kütləvi həbsi fonunda saxlanılıb. Əvvəlcə ona Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi və 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Onunla bərabər kanalın əməkdaşı Şamo Eminov da qaçaqmalçılıqda ittiham olunub. Ancaq Əziz Orucovun ibtidai istintaqının yekununda məlum olub ki, 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə işə xitam verilib.
Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edirlər. Hüquq müdafiəçilərinin hesabatlarına görə, Azərbaycanda 27-si jurnalist olmaqla 350-dən çox siyasi məhbus var.
AbzasMedia

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az