Jurnalist Fatimə Mövlamlı saxlanılıb

tərəfindən Gozetci

Fatimə Mövlamlı

 

Jurnalist Fatimə Mövlamlının bu gün, fevralın 28-də saxlanıb.

Bəzi yerli saytlara bu barədə məlumatı Azərbaycan Daxili İşlər Nazirliyindən də təsdiqləyiblər. Onun “MeydanTV işi” ilə əlaqəli saxlandığı vurğulanır.

Yaxınlarının vurğulamasına görə, polis Fatimə Mövlanlının yaşadığı evlərində də axtarış aparıb:

“Polislər Fatiməgildən guya 2 min avro pul tapıblar. Ailə üzvləri bildirir ki, o pul Fatiməyə məxsus deyil”.

Hələlik, bu məlumata Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

“MeydanTV işi”ndə 7 jurnalist ötən ilin dekabrında tutulub, onlar qaçaqmalçılıqda günahlandırılırlar, amma ittihamı qəbul etmirlər.

Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

MeydanTV ilə əməkdaşlıq etdiyi bildirilən beşdən çox jurnalist ötən ilin dekabrında tutulub. Onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 350 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Beynəlxalq insan haqları təşkilatları, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti hökuməti siyasi motivlərlə, haqsız saxlananları azad etməyə çağırır.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az