BMT-nin xüsusi məruzəçisi Anar Məmmədlini dərhal azad etməyə çağırıb

tərəfindən Gozetci

Mişel Forst

BMT-nin ətraf mühitin müdafiəsi üzrə xüsusi məruzəçisi Mişel Forst (Michel Forst) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədlini dərhal və qeyd-şərtsiz azad etməyə çağırır.

Mişel Forst hesabatında iki həftədən az müddətdə Bakıda başlayacaq COP29-dan əvvəl hüquq müdafiəçisi Anar Məmmədliyə münasibətin pisləşməsindən və vətəndaş cəmiyyəti subyektlərinə qarşı təzyiqlərdən ciddi şəkildə narahatlığını ifadə edib.

“Mən Azərbaycan hökumətini cənab Məmmədlinin məhkəməyə qədərki prosesdən dərhal azad edilməsini təmin etməyə çağırıram”.

BMT-nin xüsusi məruzəçisi öz bəyanatında həmçinin Azərbaycan hökumətini Anar Məmmədliyə qarşı bütün ittihamları dərhal ləğv etməyə və onun qanunsuz həbsi nəticəsində dəymiş bütün maddi və qeyri-maddi zərəri tam ödəməyə, təcili olaraq səhhətinə görə lazımi tibbi yardım almaq imkanını təmin etməyə çağırır.

“Bu hadisələrlə əlaqədar olaraq bu il oktyabrın 24-də mən Azərbaycan hökumətinə yazaraq, cənab Məmmədliyə həbsxanada baş çəkməyi xahiş etdim. Azərbaycan bu günə qədər mənim müraciətimə cavab verməyib. Mən yenidən Azərbaycan hökumətindən xahişimi təcili olaraq təkrar edirəm. Cənab Məmmədlini həbsxanada təkbaşına ziyarət etmək imkanı yaradılsın. Azərbaycanın mənimlə əməkdaşlıq etmək istəyinə ümid edirəm”, deyə o bildirib.

Mişel Forst yekun olaraq Azərbaycanı Orhus Konvensiyasının (Ətraf mühit məsələlərinə dair informasiyanın əldə edilməsi, qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakı və ədalət mühakiməsinə müraciət ilə bağlı BMT Avropa iqtisadi Komissiyasının Konvensiyası “Orxus Konvensiyası” kimi tanınır. ) 3 (8) maddəsi üzrə öhdəliklərinə ciddi şəkildə əməl etməyə çağırır.

Bu barədə Azərbaycan rəsmiləri hələlik rəsmi açıqlama yaymayıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az