AİHM hökuməti qadağalarla bağlı sorğu-sual edir
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hərəkət azadlığı hüququnun pozuntusunu mübahisələndirilən 6 ərizə üzrə hökumətə suallar göndərib.
“Fidan Rövşən qızı Rüstəmova Azərbaycana qarşı” işində şikayətçinin ödənilməmiş borcuna görə daxili məhkəmələr tərəfindən onun Azərbaycanı tərk etməsinə qadağa qoyulub.
O, hərəkət azadlığı hüququna məhdudiyyətlərin qanunsuzluğu və məhkəmə proseslərinin ədalətli olmaması iddiaları ilə AİHM-nə müraciət edib.
Məhkəmə bu şikayətlə bağlı Azərbaycan hökumətinə suallar göndərib:
1. Ərizəçinin Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 2-ci bəndi ilə təmin olunan cavabdeh dövlətin ərazisini tərk etmək azadlığına hər hansı məhdudiyyət qoyulubmu? Əgər qoyulubsa, bu məhdudiyyət qanunauyğun idimi və Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 3-cü bəndi baxımından zəruri idimi?
2. Ərizəçi mülki hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq ədalətli məhkəmə dinləmələri haqqında malik idimi? Xüsusilə, daxili məhkəmələr öz qərarlarının əsaslarını göstəriblərmi?
“Cavidan Rauf qızı Abdullazadə Azərbaycana qarşı” işində də ərizəçiyə yerli hakimiyyət orqanları tərəfindən səyahət qadağasının qoyulması ilə bağlıdır. Ərizəçi həmçinin yerli hakimiyyət orqanlarının onun üzərinə qoyulmuş səyahət qadağasının ləğv edilməsi barədə daxili məhkəmələrin qərarlarını icra etməməsindən şikayət edib.
AİHM bununla bağlı da Azərbaycan hökumətinə suallar göndərib:
1. Ərizəçinin Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 2-ci bəndi ilə təmin olunan cavabdeh dövlətin ərazisini tərk etmək azadlığına hər hansı məhdudiyyət qoyulubmu? Əgər qoyulubsa, bu məhdudiyyət qanuna uyğun idimi və Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 3-cü bəndi baxımından zəruri idimi?
2. Ərizəçiyə qarşı qoyulmuş səyahət qadağasının ləğv edilməsi barədə daxili məhkəmələrin qərarları icra olunubmu? Əgər bu qərar icra olunmayıbsa, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğundurmu?
Digər Səyahət qadağası ilə bağlı iş isə 4 nəfərin şikayətindən ibarətdir.
“Rauf Aydın oğlu Quliyev və başqa 3 ərizəçi Azərbaycana qarşı” işindən bağlı da AİHM kommunikasiyaya başlayıb.
İş Azərbaycanı tərk etmələri qadağan edilmiş ərizəçilərə yerli hakimiyyət orqanları tərəfindən qoyulan səyahət qadağalarının qanunsuzluğu iddialarına aiddir.
49574/20 nömrəli ərizəçi həmçinin Konvensiyanın 8-ci maddəsinə əsaslanaraq, onun mobil telefonunun müstəntiq tərəfindən qanunsuz olaraq alınmasından şikayət edib.
Ərizəçilərlə bağlı məhkəmə suallar göndərib:
1. Ərizəçinin Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 2-ci bəndi ilə təmin olunan cavabdeh dövlətin ərazisini tərk etmək azadlığına hər hansı məhdudiyyət qoyulubmu? Əgər qoyulubsa, bu məhdudiyyət qanuna uyğun idimi və Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 3-cü bəndi baxımından zəruri idimi?
2. Ərizəçilər Konvensiyanın 13-cü maddəsinin tələb etdiyi kimi, Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsaslanan şikayətləri üçün effektiv daxili müdafiə vasitələrinə malik idilərmi?
3. Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndinin işığında ərizəçinin şəxsi və ailə həyatına və ya yazışmalara hörmət hüququna müdaxilə baş verbmi? Əgər belədirsə, bu müdaxilə qanuna uyğun və 8-ci maddənin 2-ci bəndi baxımından zəruri idimi? Xüsusilə, müstəntiq tərəfindən ərizəçinin telefonunun əlindən alınmasının hüquqi əsasları var idimi?
Daha öncə də hərəkət azadlığının məhdudlaşdırılması ilə bağlı Azərbaycandan AİHM-nə onlarla şikayət gedib.
Bəziləri ilə bağlı qərar çıxıb, hökumət cərimələnib, bəzi işlərlə bağlı isə qərar gözlənir.
Şikayətləri əksəriyyəti vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlərin ölkədən çıxış qadağası ilə bağlı olub.
Meydan TV