Polad Aslanovun həyat yoldaşı ilə görüşünə icazə verməyiblər

tərəfindən Gozetci

[:az]Şənbə günü 1 Saylı Bakı İstintaq Təcridxanasında həbsdə olan xeberman.com saytının redaktoru Polad Aslanova həyat yoldaşı ilə olan görüşə icazə verməyiblər. Bu barədə, Gülmira Aslanova öz Facebook səhifəsində yazır ki, ondan görüş üçün nigah şəhadətnaməsi tələb ediblər. Bildiriblər ki: “Biz hardan bilək ki, siz Poladın həyat yoldaşısınız, bəlkə ayrılmısınız?”.

Aslanova qeyd edir ki, əri Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) saxlanılarkən, həftədə bir dəfə bir saat onunla görüşə bilirdi və ondan nikah haqqında şəhadətnamə tələb olunmurdu.

“İkincisi, əgər bilmirsinizsə həyat yoldaşıyam, o zaman sovqatı necə qəbul etdiniz?”, deyə Gülmira Aslanova qeyd edir.

Daha sonra Polad Aslanov da zəng edib və görüşdən imtinanı qanunsuz adlandırıb.

Gülmira Aslanova yazır ki, 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılova zəng edib və əri ilə qanuni görüş hüququnu təmin etməyi xahiş edib.

* Polad Aslanov 12 iyun 2019-cu il tarixində saxlanılıb və CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə 4 ay müddətinə həbs edilib. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır. Oktyabrın 5-də həbs müddəti 4 ay uzadılıb.

 “Siyasi Məhbuslara Azadlıq” İttifaqı Polad Aslanovu siyasi məhbus kimi tanıyıb. [:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az