106
[:az]Fevralın 26-dan yoxa çıxan “Müsəlman Birliyi” Hərəkatının fəalı Rəvan İsmayılov tapılıb. Hərəkatdan verilən məlumata görə, bu gün evə zəng edərək DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) olduğunu bildirib.
Təşkilat R. İsmayılovun hüquqlarının müdafiəsi üçün vəkilə müraciət etmək niyyətindədir. DİN-dən şərh almaq mümkün olmayıb. R.İsmayılov son vaxtlar Rusiyada yaşayıb. O, fevralın 26-də saat 12:00-da Bakıya gəlib və ancaq sonra ondan xəbər çıxmayıb.
Bundan öncə, 2017-ci il oktyabrın 4-də R.İsmaylıov polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilmişdi.[:]