“Meydan TV işi” üzrə ibtidai istintaqın başa çatdığı bildirilir

tərəfindən Gozetci

Bu barədə jurnalistlərin yaxınları məlumat verib.

Bildirilib ki, avqustun 28-də Bakı Şəhər Baş Polis İdarəsində aparılan istintaqın sonunda təqsirləndirilən şəxslərə yekun ittiham elan olunub. Tanışolmadan sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

İş üzrə həbs edilən jurnalistlər Cinayət Məcəlləsinin 8 maddəsi ilə ittiham olunurlar.

Jurnalistlərə qarşı irəli sürülən maddələr bunlardır: 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə).

“Meydan TV”nin redaktoru Orxan Məmməd özünün “Facebook” hesabında bildirib ki, əlavə edilən bütün ittihamları rədd edirlər. Onun sözlərinə görə, bu günlərdə cinayət işinə yeni şəxslərin cəlbinə çalışılıb.

AbzasMedia 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az