[:az]Prokuror Əhsən Nuruzadəyə 8 il iş istədi[:]

tərəfindən Gozetci

[:az]Dindar fəal ittihamı rədd edir

Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan koordinatoru Əhsən Nuruzadənin növbəti məhkəmə iclası keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrlik etdiyi iclasda prokuror çıxış edib və Ə.Nuruzadənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses martın 6-da davam edəcək.

Ə.Nuruzadə ötən il oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.

Amma dindar fəal ittihamı rədd edir. Bildirir ki, həmin idarənin əməkdaşları bundan öncə onu iki dəfə həbs edərək, Taleh Bağırzadənin müdafiəsindən və “Müsəlman Birliyi” Hərəkatından uzaqlaşmağı tələb ediblər, əks halda, uzunmüddətli həbsə göndəriləcəyi haqda xəbərdarlıq ediblər.

Dindar fəalın sözlərinə görə, narkotiki cibinə idarədə polislər atıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az