‘Hökm qüvvəyə minməmiş onlar Kürdəxanı təcridxanasından köçürülə bilməzdi, qanunsuzdur’

tərəfindən Gozetci

 

 

“AbzasMedia” ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlər, eləcə də politoloq Bəhruz Səmədovun hökmləri qüvvəyə minmədən Bakı İstintaq Təcridxanasından (Kürdəxanı) Umbakı qəsəbəsində yerləşən penitensiar kompleksə köçürülməsinə ailələri etiraz edir. Bu barədə AzadlıqRadiosuna onların yaxınları məlumat verib.

B.Səmədovun nənəsi Zibeydə Osmanova nəvəsinin Umbakıya köçürülməsindən iyunun 27-də xəbər tutub. Onun sözlərinə görə, bunu Bakı İstintaq Təcridxanasından öyrənib:

“Nə işçilər məlumat verib, nə də Bəhruza şərait yaradıblar ki, özü xəbər versin. Hökm hələ qüvvəyə minməyib, niyə köçürürlər?”.

“AbzasMedia”çıların yaxınları da onların Umbakıya köçürülməsindən narazıdır. Deyirlər ki, Penitensiar Xidmətin bu addımı qanunsuzdur, vəkil şikayət verəcək.

“Hökm qüvvəyə minməmiş onlar Kürdəxanıdan köçürülə bilməz. Hökmdə cümlə var ki, “hökm qüvvəyə minənədək barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilməsin”. Həbs-qətimkan tədbiri seçilməsi barədə qərarda da saxlanma yeri Bakı İstintaq Təcridxanası göstərilib. Deməli, qüvvəyə minənədək bu adamlar Bakı İstintaq Təcridxanasında saxlanmalıdırlar. Açıq-aşkar əvvəlki qərara da, indiki hökmə də ziddir, qanunsuz addımdır”, –jurnalistlərdən birinin ailə üzvü AzadlıqRadiosuna bildirib.

Həbsdəki jurnalist və ictimai fəalların haqqında hökm qüvvəyə minmədən onların yerdəyişməsi ilə əlaqədar yaxınların narazılığına Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az