Aynur Elgünəşin şikayəti təmin edilməyib

tərəfindən Gozetci

Aynur Elgünəş

 

Avqustun 7-də Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin (Qənbərova) iti Maksla görüşə bilməməsi ilə bağlı Xətai rayon məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

Proses hakim Zamin İbrahimovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində baş tutub.

Apellyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb, baş redaktorun şikayətini təmin etməyib.

Həbsdə olan jurnalist iti ilə görüşə bilməsi üçün Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova bir neçə dəfə müraciət edib. Cavab ala bilmədiyi üçün məhkəməyə üz tutub.

“Qanunvericilikdə Maksla görüşməyimi qadağan edən heç bir müddəa yoxdur. Şəxsi həyat və heyvan haqları baxımından da bizim görüşməyimiz arzuolunandır. Lakin siz heç bir əsas gətirmədən bizim görüşümüzə icazə vermirsiz. Halbuki bu görüş şəxsi və ictimai baxımdan təhlükəli deyil, narahatlığa səbəb olmur. Siz bu qadağanızla mənim mənəvi əzab çəkməyimə, psixoloji sarsıntı keçirməyimə səbəb olursuz” – deyə jurnalist müraciətində bildirirdi.

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aynur Elgünəş, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı) və Fatimə Mövlamlı da “Meydan TV işi”nə görə həbs edilib.

Müstəqil jurnalist Ülviyyə Əli də mayın 7-də bu iş üzrə saxlanılıb və barəsində qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb.

O, həbsindən öncə yazdığı bəyanatda MeydanTV ilə heç bir işgüzar əlaqəsi olmadığını, olsaydı belə, bunu cinayət hesab etmədiyini yazıb.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.

Toplum TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az