Həbsdə olan AXCP üzvü Elbəyi Kərimli aclıq aksiyası keçirir

tərəfindən Gozetci

Elbəyi Kərimli

 

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü Elbəyi Kərimli mayın 23-dən aclıq aksiyası keçirir

O, yaxınlarına deyib ki, “şərlənərək azadlıqdan məhrum edilməsinə” etiraz edir.

Kərimli 2023-cü ilin avqustunda Heydər Əliyevin heykəlinə “Stalin” yazdıqdan sonra həbs olunub.

“Heydər Əliyevin heykəlinin arxasına “Stalin” yazdığıma görə bu gün buradayam. Polis bölməsində dedilər ki, “ya narkotik, ya da silah – birini seçməlisən, yoxsa vətənə xəyanət ittihamı ilə içəri gedərsən. Hərbi obyektlərin şəkillərini telefonuna yükləyərik, ittiham verərik ki, hərbi sirri Ermənistana, İrana ötürdüyünə görə tutulmusan”. Eşitdiklərimdən boğazım qurudu. Dedilər ki, elə eləmə ki Qiyas kimi evindən 1 kilo çıxaraq…”, – Elbəyi Kərimli saxlanıldıqdan sonra bunu vəkilinə demişdi.

2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ona Cinayət Məcəlləsinin satış məqsədilə külli miqdarda narkotik saxlama maddəsilə 6 il həbs cəzası verib.

Sonradan Ali Məhkəmə onun hökmündən satış məqsədini çıxararaq cəzasını 5 ilə endirib.

2016-cı ilin mayında iki ictimai fəal – Qiyas İbrahimov və Bayram Məmmədov sabiq prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” yazandan sonra narkotik ittihamı ilə həbs olunmuş, onların hər birinə 10 il həbs cəzası kəsilmişdi. Sonradan 2019-cu ildə əfv sərəncamı ilə azadlığa buraxıldılar.

Toplum TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az