Novruz Tağıyev (solda) və Rəşad Əliyev
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mayın 20-dən yaxınlarının barələrində heç bir xəbər alınmadığı hər iki fəalının – Binəqədi rayon şöbəsinin üzvü, partiya sədri Əli Kərimlinin mühafizəçisi Novruz Tağıyev və Xətai rayon şöbəsinin üzvü Rəşad Əliyevin həbs edildiyi deyilir.
Partiyadan verilən məlumata görə, Novruz Tağıyev ilə bağlı 178. 2 (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddəsi ilə cinayət işı açılıb və barəsində həbs-qətimkan tədbiri seçilərək Kürdəxanı istintaq təcridxanasına aparılıb. Həmin maddə üzrə şəxsə 5 ilə qədər həbs cəzası verilə bilər.
Rəşad Əliyevə isə məhkəmənin qərarı ilə 25 sutka inzibati həbs verilib. Onun konkret nədə təqsirləndirildiyi açıqlanmayıb.
Hələlik, bu məlumatları rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
AzadıqRadiosu