Azər Qasımlı
Bu gün, mayın 21-də Yasamal rayon Məhkəməsində Siyasi Menecment İnstitutunun direktoru, həbsdə olan siyasətçi Azər Qasımlının həbsinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatətə baxılıb.
Məhkəmə vəsatəti təmin etməyib.
Azər Qasımlı ötən il dekabrın 8-də saxlanılıb.
Bir gün sonra Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.
O, zərərçəkmiş qismində tanınan Qurbanəli Yusibovdan hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.
Lakin vəkili Aqil Layıc bildirib ki, həmin şəxsin Azər Qasımlıya pul borclu olmasını təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı var.
Vəkilin sözlərinə görə, belə olan halda, Azər Qasımlının ondan hədə-qorxu ilə pul tələb etməsi haqda iddianın absurdluğu ortaya çıxır.
Azər Qasımlı özü də həbsinin siyasi motivli olduğunu bildirərək deyib ki, həqiqətləri dilə gətirdiyinə, insanları aydınlandıran fikirlər səsləndirdiyinə görə cəzalandırılır.
Meydan TV