Məhkəmə Ələsgər Məmmədlini ev dustaqlığına buraxmayıb

tərəfindən Gozetci

Ələsgər Məmmədli

 

Noyabrın 27-də Xətai Rayon Məhkəməsində müdafiə tərəfin 1 saylı Bakı İstintaq təcridxanasında saxlanılan Toplum TV nəşrinin təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması haqqında vəsatəti ilə bağlı onlayn iclas keçirilib.

Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədlinin verdiyi məlumata görə, məhkəmə vəsatəti təmin etməyib.

Ələsgər Məmmədli məhkəmədə səhhətinin pis olduğunu və onkoloji şişin götürülməsi üçün cərrahi əməliyyata ehtiyac olduğunu bildirib.

“Xüsusilə də qalxanabənzər vəzimdə böyüməkdə olan şişin təcili əməliyyatla götürülməsi vacibdir. Boğulma hissinə görə yuxu rejimim pozulub. Davamlı qan təzyiqim yüksəlir, kəskin baş ağrılarından əziyyət çəkirəm. Hətta təcridxanada müayinə olunarkən buradakı həkimlər də cərrahi əməliyyatın vacibliyini tövsiyə edib. Amma təcridxanada cərrahi əməliyyat oluna bilmərəm”, deyə Ələsgər Məmmədli bildirib.

O, həmçinin universitetdə oxuyan iki övladının maddi problemlərini həll etməli olduğunun nəzərə alınmasını xahiş edib.

“Onlar təhsil haqqını və digər xərclərini özləri ödəyə bilməzlər”, deyə o qeyd edib.

Məmmədli həmçinin deyib ki, 9 aydır istintaq aparılır və heç bir sual qalmayıb.

Lakin istintaq tərəfi vəsatətin təmin edilməməsini xahiş edib və hakim müstəntiqə heç bir sual vermədən şikayəti təmin etməyib. Qərardan şikayət veriləcək.

Oktyabrın 3-də Xətai Rayon Məhkəməsi Ələsgər Məmmədlinin həbs müddətini 3 ay uzadıb.

Martın 6-8-də “Tolum TV” və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Yeddi nəfər barəsində həbs qətimkan tədbiri seçilib, iki nəfər isə polisin nəzarətinə verilib.

Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunur.

Onun təqib olunmasının əsl səbəbi Toplum TV-nin xarici donorlarla işləməsidir.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az