7
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Azərbaycandan çıxışına qadağa qoyulduğunu bildirir.
O, AzadlıqRadiosuna deyib ki, bu gün, noyabrın 22-də Çexiyanın paytaxtı Praqaya, oradan da Berlinə səfər edəcəkdi:
“Aeroportda məni sərhəd nəzarətindən buraxmadılar, bildirdilər ki, Daxili İşlər Nazirliyi çıxışıma “stop” qoyub”.
Azər Qasımlı, hələlik, bunun səbəbini bilmədiyini qeyd edib:
“İndi Bakı şəhər Baş Polis İdarəsinə gedirəm ki, görüm nə məsələdir? Aydın məsələdir ki, hansısa qondarma cinayət işi fikirləşirlər. Bu arada, onu da deyim ki, o cinayət işləri ki var, heç birində mənin adım keçmirdi. Heç birində şahid da olmamışam ki, buna görə mənə “stop” qoysunlar. Ehtimalım odur ki, cinayət işi açıb həbs etmək istəyirlər”.
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
AzadlıqRadiosu