Məhkəmə Fərid Mehralızadənin şikayətini təmin etməyib

tərəfindən Gozetci

Fərid Mehralızadə

 

Noyabrın 25-də Xətai Rayon Məhkəməsində iqtisadçı, “Abzas Media işi” üzrə həbs edilmiş Fərid Mehralızadənin şikayətinə baxılıb. O, mənzilində axtarpış və götürülmüş əşyalarına baxış zamanı istintaq orqanının hərəkətlərindən şikayət edib.

Onun xanımı Nərgiz Muxtarova Turan-a bildirib ki, proses iddiaçının iştirakı olmadan keçirilib. Məhkəmə şikayəti təmin etməyib və qanun pozuntularının olmadığını bildirib.

“Axtarışda iştirak edən müstəntiq məhkəməyə gəlmədi və digər müstəntiq isə sualların çoxuna cavab vermədi”, –  Muxtarova deyib.

O qeyd edib ki, Mehralızadənin tələbinə baxmayaraq, axtarış zamanı ona vəkil dəvət etməyə icazə verilməyib. Fəridə axtarış barədə qərarı oxumağa imkan verilməyib.

Axtarış zamanı onun şəxsi telefonu götürülüb. Axtarışın yekunlarına dair protokolun mətni açıqlanmayıb. Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək, – Muxtarova deyib.

* Mehralzadə iyunun 1-də qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Daha sonra ona qarşı digər iqtisadi cinayətlər üzrə ittihamlar irəli sürülüb.

Sentyabrın 6-da Mehralızadənin həbsi dekabrın 19-dək uzadılıb.

O, ittihamları uydurma hesab edərək rədd edir. Hüquq müdafiəçiləri Fərid Mehralızadəni siyasi məhbus kimi tanıyıblar.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az