7
Müsəlman Birliyi Hərəkatının üzvü, 7 il həbsdə saxlandıqdan sonra 20 gün əvvəl azadlığa buraxılan Əhsən Nuruzadə yenidən saxlanılıb. Bu barədə Turana Müsəlman Birliyi Hərəkatından verilən məlumatda bildirilir ki, dini inanclı fəal oktyabrın 26-da qızının gözü qarşısında saxlanılaraq aparılıb. Onun hansı səbəbdən saxlanması, hara aparılması haqda yaxınlarına heç bir məlumat verilməyib.
DİN-dən şərh almaq mümkün olmayıb.
Nuruzadə 2017-ci ildə inzibati qaydada iki dəfə həbs edilib, həmin ilin oktyabrında isə ona qarşı qanunsuz narkotik dövriyyəsi ittihamı irəli sürülüb və o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıblar.
Turan