11
Mayın 22-də “Abzas Media işi” üzrə həbs edilən jurnalist Nərgiz Absalamovanın ev dustaqlığına buraxılması ilə bağlı verilən şikayətə baxılıb.
Bildirilib ki, müdafiə tərəfi Xətai Rayon Məhkəməsinin qərarının ləğvini xahiş edib. Apellyasiya Məhkəməsi vəsatəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Nərgiz Absalamova ötən il noyabrın 30-da “Abzas Media işi” üzrə ikinci dəfə şahid qismində dindirilmək üçün çağırıldığı Bakı Şəhər Baş Polis İdarəsində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (əvvəlcədən əlbir olan qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan bu müddət daha 3 ay uzadılıb.
AbzasMedia