Ali Məhkəmə Yunis Səfərovun barəsində hökmü qüvvədə saxlayıb

tərəfindən Gozetci

Yunis Səfərov

Bu gün Ali Məhkəmədə Yunis Səfərovun və Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə və polis əməkdaşlarına sui-qəsd cəhdində ittiham olunan digər şəxslərin kassasiya şikayətlərinə baxılıb.

Məhkəmə şikayətləri təmin etməyib və hökmü dəyişmədən qüvvədə saxlayıb.

*2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə sui-qəsd törədilib.  Gəncə sakini Yunis Səfərov tapança ilə onu və cangüdənini yaralayıb.

İyulun 10-da Gəncə administrasiyasının qarşısında sakinlərin etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar törədilib. Hadisələr zamanı iki polis əməkdaşı öldürülüb. Bunun ardınca dindarların və digər şəxslərin  kütləvi həbsləri baş verib.

Həmin hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Müttəhimlər 6 ildən 18 ilədək azadlıqdan məhrum ediliblər. 10-a yaxın adam şərti olaraq mühakimə edilib.

2020-ci ilin yanvarında Yunis Səfərovun və 11 digər  müttəhimin məhkəməsi başlayıb. Həmin il avqustun 16-da məhkəmə Səfərovu ömürlük, digərlərini isə 18 ildən 20 ilə qədər azadlıqdan məhrum edib.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az