Məhkəmə ictimai fəal Rail Abbasovu ev dustaqlığına buraxmayıb

tərəfindən Gozetci

Rail Abbasov

Aprelin 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Rail Abbasovun işi üzrə hazırlıq iclası keçirilib.

Prosesdə vəkil Elçin Sadıqov işin qurama olduğunu, Rail Abbasovun siyasi məhbus Bəxtiyar Hacıyevi müdafiə etdiyinə görə həbs olunduğunu əsas gətirərək, onun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatət verib. Vəkil həmçinin məhkəmədən zərərçəkmiş səxslərin və şahidlərin barəsində cinayət işlərinin olması ilə bağlı Daxili İşlər Nazirliyinin reyestrində məlumatların olub-olmadığını müəyyənləşdirmək üçün DİN-ə sorğu göndərməyi xahiş edib.

Dövlət ittihamçısı məhkəmədən ev dustaqlığı ilə bağlı vəsatətin təmin olunmamasını, digər vəsatətin baxılmamış saxlanılmasını xahiş edib.

Zərərçəkmiş şəxs Əsgər Həziyev müdafiə tərəfinin vəsatətlərinin təmin olunmasını xahiş etsə də, məhkəmə ev dustaqlığı ilə bağlı vəsatəti təmin etməyib, digər vəsatət isə baxılmamış saxlanılıb.

Növbəti proses aprelin 18-ə təyin olunub.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az