Daşkəsəndə 76 yaşlı AXCP üzvü saxlanılıb

tərəfindən Gozetci

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən şöbəsinin üzvü Əmrah İsmayılovun aprelin 4-də saxlanıldığı bildirilir. Bu barədə Turan-a partiyadan məlumat verilib.

İsmayılov martın 18-də narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunmuş AXCP-nin Daşkəsən rayon təşkilatının sədri Sahib Məmmədzadənin qohumudur.

S.Məmmədzadənin bacısı Tacirə Məmmədova Turan-a bildirib ki, Əmrah İsmayılov günorta saat 12 radələrində polis tərəfindən saxlanılıb: “Bu gün traktor sürdüyü yerdə tutublar. Bəhanə ediblər ki, guya içkili vəziyyətdə traktor sürüb. Amma belə deyil. Əmrah bəy yaşlı adamdır, 76 yaşı var. Sahibə görə qisas alırlar. Özü AXCP üzvüdür, Sahibi da müdafiə edir. Ona görə tutublar”.

Daxili İşlər Nazirliyindən Turan-a bildirilib ki, “bu məsələ ilə bağlı məlumat veriləcək”.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az