Həbsdəki jurnalistin intihara cəhd etdiyi bildirilir

tərəfindən Gozetci

Şamo Eminov

“Kanal 13” internet televiziyasının həbsdə olan əməkdaşı Şamo Eminovun saxlanıldığı təcridxanada intihara cəhd etdiyi bildirilir.

Bu barədə onun vəkili Elçin Sadıqov məlumat yayıb. Vəkil bildirib ki, Şamo Eminov ilkin istintaq müddətinin uzadılmasından verilən apellyasiya şikayətinə baxılan zaman intihara cəhd etdiyini bildirib.
“Şamo Eminov bildirdi ki, sol böyrəyində kəskin ağrılar var. Mədəsində qanaxmalar da yaranıb. Dedi ki, saxlanıldığı təcridxanada təhqir edilib, hədələnib və bu təhqirlərə dözməyərək intihara cəhd edib” – vəkil Elçin Sadıqov “Facebook” hesabında yazıb.
Vəkil bildirib ki, martın 19-da Şamo Eminovun ilkin həbs müddəti daha 2 ay uzadılmışdı. Bu gün Apellyasiya Məhkəməsində qərardan verilən şikayətə baxılıb və hakim Anar Tanrıverdiyev şikayəti təmin etməyib.
Məsələ ilə bağlı Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova sorğu ilə müraciət etsək də, suallarımız cavablandırılmayıb.
Şamo Eminov ötən ilin dekabrında, “Kanal 13″ün qaçaqmalçılıqda ittiham olunan rəhbəri Əziz Orucovun həbsindən 1 ay sonra saxlanılıb. Ona qarşı da Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta qaçaqmalçılığı) maddəsilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Noyabrdan etibarən Azərbaycanda müstəqil medialar qapadılıb, əməkdaşları kütləvi şəkildə həbs edilib. Yerli və beynəlxalq hüquq müdafiəçiləri həbs olunan bütün jurnalistləri siyasi məhbus hesab edib.
Hökumət isə bir qayda olaraq ölkədə siyasi məhbus olmadığını bildirir.
AbzasMedia

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az