AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin saxlanıldığı bildirilir

tərəfindən Gozetci

Sahib Məmmədzadə

Daxili İşlər Nazirliyindən (DİN) AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin saxlanması ilə bağlı məlumatları təsdiqləyiblər.

Nazirliyin mətbuat xidmətinin regional qrupundan “Turan”ın sorğusuna cavab olaraq bildirilib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sahib Məmmədzadəni Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saxlayıb.

*  *  *

Martın 18-də axşam saatlarında müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Sahib Məmmədzadənin saxlanıldığı bildirilir.

Partiyadan deyilib ki, Sahib Məmmədzadə yaşadığı Daşkəsən rayonunun girişində saxlanıb:

“Sahib bəy heyvanlarını yaylağa aparırdı. Qara maskalı şəxslər polis postunda Sahib bəyi saxlayıb naməlum istiqamətə aparıblar”.

AXCP-dən iddia edirlər ki, fəalın saxlanması onun siyasi fəaliyyəti ilə bağlıdır.

AXCP-nin hazırda azı beş fəalı müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir. Partiyadan onların siyasi sifarişlə şərləndiyini bəyan ediblər. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

AzadlıqRadiosu 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az