Ələsgər Məmmədlinin qaynı həkim Aydın Əliyev işdən çıxarılıb

tərəfindən Gozetci

Aydın Əliyev

Həkim Aydın Əliyev çalışdığı “İstanbul” klinikasından çıxarılıb. Bu barədə həkim Turana məlumat verib.

Onun bildirməsinə görə, martın 12-də klinikanın rəhbərliyi işdən azad edildiyini ona dedi: “Dedilər ki, sabahdan işə gəlmə”.

Həkim bunun səbəbini yaxın günlərdə baş verənlərlə əlaqələndirir: “Mənim bacımın həyat yoldaşı Ələsgər Məmmədli həbs olundu və mən onun qanunsuz həbsinə münasibət bildirmişəm. Görünür ki, bu kiminsə xoşuna gəlməyib”.

A.Əliyev qeyd edib ki, o işdən azad olunması ilə bağlı ərizəyə qol çəkməyib: “Mənim klinika ilə iş müqaviləm, sertifikatlarım, vergi, sosial ödənişlərim, hamısı qaydasındadır. Əslində indi klinika mənə təzminat ödəməlidir”.

A.Əliyev martın 7-də Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin “İstanbul” klinikasının önündə saxlanılma videosunu öz sosial şəbəkədəki hesabından paylaşdı. Daha sonra o, Ə.Məmmədlinin həbsi ilə bağlı medialara müsahibə verdi.

Aydın Əliyevin dediklərinə “İstanbul” klinikasının rəhbərliyindən münasibət öyrənmək mümkün olmayıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az