Dini fəal barəsində 4 ay müddətinə qətimkan tədbiri seçilib

tərəfindən Gozetci

Mirsultan Bağırov

“Müsəlman Birliyi” Hərəkatının (MBH) Salyanda saxlanılan üzvü Mirsultan Bağırova qarşı narkotik ittihamı irəli sürülüb. Bu barədə Turan-a MBH-dən bildiriblər.

Bağırov barəsində CM-in 234.4.3-cü maddəsi ilə (külli miqdarda narkotik vasitənin qanunsuz yolla əldə olunması və ya saxlanması) 4 ay müddətinə qətimkan tədbiri seçilib. O, 5 ildən 12 ilədək həbs oluna bilər. Bağırov ittihamı təkzib edir.

MBH-dən hesab edirlər ki, o, bu təşkilatın fəaliyyətində iştirakına görə təqib olunur. Bağırov həmçinin daha əvvəl həbs olunmuş dini fəalların ailələrinə yardım göstərirdi.

O, 2021-ci ilin payızında “İran casusları” kimi qələmə verilən dindarların və dini fəalların kütləvi təqibi dalğası başladığı andan etibarən MBH-nin həbs olunan 49-cu üzvüdür. Onlara qarşı rəsmi olaraq narkotik ittihamları irəli sürülür.

Həbslər Azərbaycan-İran münasibətlərinin pisləşməsi fonunda həyata keçirilirdi, lakin münasibətlərdə müəyyən yumşalma olduqdan sonra da həbslər davam edir, deyə MBH-dən qeyd ediblər.

MBH-nin lideri Taleh Bağırzadə də daxil olmaqla, ümumilikdə hərəkatın 59 üzvü həbsdədir.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az