Əziz Orucovun həbsindən sonra məhkəmə ‘Kanal 13’ün bloklanmasına qərar verib

tərəfindən Gozetci

Əziz Orucov

“Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun həbsindən sonra onun rəhbərlik etdiyi onlayn media portalının bloklanması qərara alınıb.

AzadlıqRadiosunun bilgisinə görə, Daxili İşlər Nazirliyi (DİN) dekabrın 1-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məktub göndərib. Məktubda iddia olunub ki, bu kanalda müxtəlif dövlət orqanlarında çalışan şəxslər haqqında yanlış və onları nüfuzdan salan məlumatlar yayılır.

“Uzun müddət vətəndaş cəmiyyətini dəqiq və qərəzsiz informasiya ilə təmin etmək qabiliyyətinə mənfi təsir göstərib…”, – DİN bloklanma tələbini belə əsaslandırıb.

Sözügedən media qurumunun rəhbəri Əziz Orucovun hazırda təqsirləndirilən şəxs statusunda həbsdə olması da məktubda yer alıb.

Ardından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də Əziz Orucovun rəhbərlik etdiyi media portalına girişin məhdudlaşdırılması tələbi ilə məhkəmədə iddia qaldırıb. Səbail rayon Məhkəməsi dekabrın 11-də iddianı təmin edib.

Əziz Orucovun vəkili Bəhruz Bayramov AzadlıqRadiosuna bildirib ki, belə bir məhkəmənin keçirilməsindən xəbərləri olmayıb:

“Bizə nə nazirliyin iddiası, nə də məhkəmə prosesinin keçirilməsi barədə məlumat verilib. Məlumat verilsəydi, iştirak edər, etirazımızı bildirərdik. Dəqiqləşdirəcəyəm, belə bir qərar varsa, mütləq apellyasiya şikayəti verəcəyik”.

AzadlıqRadiosu 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az