İctimai fəal Məhəmməd Kekalov qaçaqmalçılıqda ittiham olunur, o, “Abzas Media” onlayn nəşrinin rəhbərlərinin cinayət işi üzrə cəlb edib, Daxili İşlər Nazirliyinin nümayəndəsi Turan-a bildirib.
“Məhəmməd Kekalov eyni cinayət işi üzrə (“Abzas Media” nın direktoru və baş redaktoru Ülvi Həsənli və Sevinc Vaqifqızına qarşı cinayət işi nəzərdə tutulur) cəlb edilib və 206.3.2- ci maddə (qabaqcadan əlbir olaraq qaçaqmalçılıq) üzrə ittiham olunur”, – o deyib.
Xatırladaq ki, Kekalov noyabrın 20-də səhər saxlanılıb. Onun vəkili Rövşanə Rəhimova bildirib ki, Kekalovun saxlandığı yer barədə məlumat ala və onunla görüşə bilmir.
Ülvi Həsənli və Sevinc Vaqifqızı müvafiq olaraq noyabrın 20-də və 21-də saxlanılıb və xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. Məhkəmə onları 4 ay müddətinə həbs edib.
Vəkil ittihamların əsassız olduğunu bildirib. Jurnalistlər özləri həbsləri “Abzas Media”nın hakimiyyətin ən yüksək eşelonlarında korrupsiya faktlarını araşdırması ilə əlaqələndiriblər.
Turan