D 18 Hərəkatı fəaliyyətini dayandırdı

tərəfindən Gozetci

Ölkədəki siyasətsizlik mühiti siyasi fəaliyyəti mümkünsüz edir

Demokratiya 1918 Hərəkatı (D18) fəaliyyətini dayandırıb. Bu barədə qərar Demokratiya 1918 Hərəkatının sentyabrın 10-da keçirilən növbədənkənar qurultayında qəbul edilib.

Qurultayın qərarında qeyd olunub ki, ölkədəki anti-demokratik sistem və onun yaratdığı siyasətsizlik mühiti hər hansı bir formada siyasi fəaliyyəti mümkünsüz edir:

“Bunun qarşısında isə resurs məhdudluğu müsbət dəyişikliklər edilməsi üçün adekvat cavab imkanını məhdudlaşdırır. Bütün bu səbəblərdən ötrü artıq siyasi səhnədə hər hansı bir qurumun siyasi iddia irəli sürməsi və təşkilatlanması öz əhəmiyyətini itirir”.

“İnanırıq ki, obyektiv və subyektiv səbəblər yetişdikdən sonra siyasi dəyişikliklərin rəhni olacaq təşkilatlar yenidən ortaya çıxacaqdır”,-deyə qərarda bildirilib.

Demokratiya 1918 Hərəkatı 2013-cü ilin martında yaradılıb. 2021-ci ilin sentyabrın 18-də Demokratiya 1918 Hərəkatının II qurultayında İdarə Heyəti və strukturu dəyişilib.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az