Fazil Qasımov barədə həbs qətimkan tədbiri seçildi

tərəfindən Gozetci

Fazil Qasımov

Məhkəmə Fazil Qasımovla bağlı 3 ay 12 günlük həbs qərarı verib

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, həbsdə olan professor Qubad İbadoğlunun işiylə əlaqədar Türkiyədə saxlanılaraq, Azərbaycana gətirilən alim Fazil Qasımov barəsində ilkin istintaq dövrü üçün 3 ay 12 günlük həbs qətimkan tədbiri seçilib.

Bu barədə avqustun 8-də Nərimanov Rayon Məhkəməsində qərar çıxarılıb.

Fazil Qasımova qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Xatırladaq ki, iyulun 24-də Qubad İbadoğluya qarşı da eyni maddə ilə ittiham elan edilmiş və barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilmişdi.

Fazil Qasımov kimdir?

İstanbul şəhərində yaşayan Fazil Qasımov Türkiyənin Özyeğin və Hollandiyanın Tilburq Universitetində Beynəlxalq Biznes İdarəçiliyi ixtisası üzrə təhsil alıb.

O, təhsilini Türkiyənin İstanbul Universitetində doktorantura pilləsi üzrə davam etdirib.

Hüquq və iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az