Daha bir qazinin intihar etdiyi bildirilir

tərəfindən Gozetci

Onun hansı səbəbdən özünə qəsd etdiyi açıqlanmır

Beyləqanda intihar hadisəsinin baş verdiyi bildirilir.

Məlumata görə, Kəbirli kənd sakini, II Qarabağ müharibəsi iştirakçısı İlkin İsmayılov yaşadığı evin həyətində özünü asıb.

Xəbəri “Lent.az” yayıb.

Onun intihar etməsinin səbəbləri məlum deyil.

Qarabağda nə baş verib?

2020-ci il sentyabrın 27-də Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Müharibədə Azərbaycan tərəfdən 3 minə qədər hərbi qulluqçunun və 100 civarında mülki şəxsin həlak olduğu açıqlanıb.

Yaralananların sayı barədə rəsmi məlumat olmasa da, 3 min nəfər civarında hərbçinin əlillik aldığı bildirilib.

Həmin vaxtdan müharibə iştirakçıları müxtəlif dövlət qurumlarının önündə tez-tez etiraz aksiyaları keçirib.

Tələbləri, adətən, əlillik dərəcəsi ala bilməmə, yaxud yanlış əlillik dərəcəsinin təyini, diqqətsizlik, müalicə xərclərinin qarşılanmaması, veteranlıqla bağlı ödəniş edilməməsi barədə olub.

Neçə qazi intihar edib?

Azərbaycanda indiyə qədər diqqətsizlik və biganəlikdən bezən 50-dən artıq qazinin intihara əl atdığı deyilir.

Onlardan 43 nəfəri ölüb.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az