Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı

tərəfindən Gozetci

Bəxtiyar Hacıyevin həbs qətimkan tədbirinin müddəti iki ay uzadılıb.

Bu barədə Azadlıq Radiosuna vəkil Şəhla Hümbətova məlumat verib.

Onun deməsinə görə, fevralın 23-də Xətai Rayon Məhkəməsi bununla bağlı istintaq orqanının vəsatətini təmin edib.

İstintaq orqanı vəsatətini ekspertizanın keçirilməsi və istintaq hərəkətlərinin davam etməsi ilə əsaslandırıb.

Bəxtiyar Hacıyev haqqında verilən və bu vaxta qədər daha bir dəfə uzadılan həbs qətimkan tədbirinin müddəti fevralın 28-də başa çatırdı.

Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verəcəklərini açıqlayıb.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az