AXCP və Müsəlman Birliyi Hərəkatı Şəhidlər Xiyabanına yürüşdən sonra öz fəallarının həbs olunduqlarını bildiriblər

tərəfindən Gozetci

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Rövşən Səfərov polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilib. Partiyanın mətbuat xidmətindən Turan-a bildiriblər ki, Səfərov yanvarın 22-də yoxa çıxıb və 36 saatdan sonra məlum olub ki, o, polisə tabe olmadığına görə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə inzibati qaydada həbs edilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası Səfərovun həbsini yanvarın 20-də Şəhidlər Xiyabanına yürüşdə iştirakı ilə əlaqələndirib. “Həmin gün polis partiya üzvlərini Şəhidlər Xiyabanına buraxmadı. Rövşən Səfərov və Anar Hüseynov polisin hərəkətinə etiraz ediblər.  

Elə həmin gün Anar Hüseynov 30 sutka, Səfərov isə 2 gün sonra həbs olunub”, – partiyadan deyiblər və  fəalların həbsinin siyasi motivli olduğunu adlandırıb.

Qeyd edək ki, Rövşən Səfərov şəhid oğludur,  atası Yavər Səfərov 1994-cü ildə Horadiz uğrunda döyüşlərdə həlak olub.

Bu partiyanın fəallarından başqa, Müsəlman Birliyi Hərəkatının bir neçə üzvü də Şəhidlər Xiyabanına yürüşdə iştirak etdiyinə görə inzibati məsuliyyətə cəlb edilib.

Həmin təşkilatdan bildiriblər ki,  yanvarın 20-də yürüşdən sonra onların 10-a yaxın fəalı saxlanılıb.  Onların əksəriyyəti polis bölmələrində saatlarla saxlanıldıqdan sonra sərbəst buraxılıb. Həbs olunana 6 nəfər təşkilat üzvləri bunlardır: Həsən Abbaszadə, Nizami Əhməd, İmran Məmmədli, Tərlan Seyidov, Rövşən Əliyev və Telman Rəşidov.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az