Vəkil: Bəxtiyar Hacıyevin mədəsində qanaxma var

tərəfindən Gozetci

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin səhhətində ciddi problemlər yaranıb.

Bu barədə Turan-a Bəxtiyar Hacıyevin vəkili Zibeydə Sadıqova bildirib.

Onun sözlərinə görə, Hacıyev artıq 9-cu gündür aclıq etdiyi üçün çox halsızdır, başgicəllənmə halları var.

“Həmçinin dünəndən mədəsində qanaxma var. Bəxtiyar mənə dedi ki, saxlandığı Bakı İstintaq Təcridxanasındakı sanitar-tibb hissəsinin həkimlərinə bu barədə desə də, hələ analiz götürülməyib və müayinə olunmayıb”, deyə vəkil qeyd edib.

Bundan başqa, vəkil bildirib ki, yanvarın 18-də Bakı Apellyasiya Məhkəməsində Xətai rayon Məhkəməsindən həbsdə olan insan haqları fəalı Bəxtiyar Hacıyevin görüş və telefon danışıqlarına istintaq tərəfindən qoyulmuş məhdudiyyətdən verilmiş şikayətə baxılıb.

Məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Yanvarın 10-da birinci instansiya məhkəməsi Bəxtiyar Hacıyevin iştirak etmədiyi məhkəmə iclasında Hacıyevin yaxın qohumlarla görüşmək və telefonla danışmaq qadağası ilə bağlı şikayətini qismən təmin edib.

Vəkil onu da bildirib ki, prosesdə Bəxtiyar Hacıyev də çıxış edib. O, çıxışında həbsinin siyasi sifariş olduğunu bildirib. Məhkəmənin çıxardığı qərarları da haqsız və ədalətsiz adlandırıb.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən məlumat almaq mümkün olmayıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az