Tofiq Yaqublu 12 gündür aclığı davam etdirir

tərəfindən Gozetci

İnzibati həbs cəzası çəkən müxalif siyasətçi Tofiq Yaqublu 12 gündür azad edilməsi tələbi ilə aclığı davam etdirir. 

Bazar ertəsi Yaqublunun qızı Nigar Həzi və həkim Adil Qeybulla aclığın yeddinci günündə köçürüldüyü 6 saylı xəstəxanada siyasətçiyə baş çəkiblər. Həkim onu müayinə edib.

“Gemodinamik göstəricilər sabitdir, təzyiqi normaldır – 120/80, saturasiyası 98 faiz, nəbzi 92-dir. Biz güc-qüvvətini saxlamaq üçün ona infuziya verdik”, deyə Qeybulla bildirib.

Bu arada Müsavat Partiyasının qərargah-mənzilində Yaqublu və ictimai fəal Bəxtiyar Hacıyevlə həmrəylik məqsədilə keçirilən aclıq aksiyası 8 gündür davam edir.

Yanvarın 15-də aksiyada Xalq Cəbhəsi Partiyasının 10 üzvü və Müsavat Partiyasının 2 fəalı iştirak edirdi. AXCP-nin daha 4 fəalı Ağdaş rayonunda aclıq edir.

Siyasətçinin həyat yoldaşı Maya Yaqublu 10 gündür evində aclığı davam etdirir. 

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az